Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

Suriya meydanlarından son xəbərlər

Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, Suriyanın Həsəkə şəhərində terrorçuların iki komandiri məhv edilib.
Qələmun məntəqəsində ən-Nüsrə cəbhəsi və “Fəcr əl-İslam” qruplaşmasının bir neçə komandiri və əsas şəxsləri Suriya ordusunun hücumu nəticəsində öldürülüb və yaralanıb.
Suriya ordusu və xalq qüvvələrinin Həsəkəni cənub və şərq tərəflərinə ildırım sürətli hücumu, terrorçuları mühasirəyə alması və pusquya salması nəticəsində bir neçə terrorçu qrup məhv edilib. Onlara məxsus çoxlu silah və sursat ordunun əlinə keçib. Silah və sursatların bəzisi Türkiyə istehsalıdır.
Suriya zabitlərindən biri deyib: Ordu artıq Məntəqədə İŞİD-in bazalarından biri yerləşən əs-Səvdə kəndinə 8 kilometrlik məsafəyə qədər yaxınlaşıb.
Terrorçular isə Suriyanın həyat mərkəzlərini dağıtmağa davam edirlər. Onlar Həma şəhərinin elektrik stansiyasına raket hücumları təşkil etmişlər. Nəticədə stansiya yanaraq fəaliyyətini dayandırmışdır.
Qələmun yüksəkliklərində dəqiq kəşfiyyat əməliyyatlarından sonra, ordu və xalq qüvvələri ən-Nüsrə cəbhəsinin başçılarının Curud Filəytədə toplaşdığı yeri hədəfə almışlar. Nəticədə ən-Nüsrənin Qələmun regionu üzrə sərkərdəsi Əbumalik ət-Təlli və İŞİD-ə bağlı olan Fəcr əl-İslam qrupunun sərkərdəsi Əbu Təlal Məhəmməd öldürülmüşdür.
Ən-Nüsrə cəbhəsi burada aldığı zərbənin şokunu yaşayır. Bu hadisə qış fəslində ordunun mühasirəsində olan terrorçuların ruhiyyəsinə mənfi təsir göstərib.
1179 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı