Şrift ölçüsü:
A+
A
A-
Kr
14 Noyabr 2014

Ruslar Ermənistandan qoşun yığır

Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasına yeni hərbi qulluqçuların cəlbinə başlanması barədə xəbərlər yayılıb.

Dekabrın əvvəlinədək hərbi bazaya 2500 əsgər və serjantın cəlb ediləcəyi gözlənilir. Yeni gələn əsgərlər arasında tibbi personalın üstünlük təşkil edəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.

Cavab atəşilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.

Bu hadisədən sonra Ermənistanda isterik vəziyyət müşahidə olunmaqdadır. Ermənilər bu tip xəbərlərlə ictimaiyyətdə ruh düşkünlüyünü aradan qaldırmağa çalışırlar.
1227 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 16:51