Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

200 minədək məxfi sənəd ötürülüb

Snouden KİV-lərə xüsusi xidmət orqanlarının 200 minədək məxfi sənədini ötürüb

Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden KİV-lərə ABŞ-ın xüsusi xidmət orqanlarına məxsus 200 minədək məxfi sənədini ötürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Röyters” ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Kit Aleksanderə istinadla məlumat yayıb.

“Washington Post” qəzeti bundan əvvəl Snoudenin ixtiyarında 30 minədək sənədin olduğunu xəbər verirdi.

“Röyters” Britaniya hökumətindəki mənbələrinə istinadən qeyd edir ki, Snoudenin əldə etdiyi məxfi materialların 58 mindən çoxu ABŞ-ın Milli Təhlükəsizlik Agentliyi ilə əməkdaşlıq edən Böyük Britaniyanın Hökumət Rabitəsi Mərkəzinə məxsusdur.
2176 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP