Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

Sual.nur-az.com-da günün sualı

Fiqhi

Sual:
ALLAH-ın salamı,rəhməti və bərəkəti üzərinizə olsun. Sualım budur. Bir nəfər mömin qardaşlardan borcu var və borclu da borcunu tələb edir. Bu qardaşın da heç bir yolu qalmayıb daha. Çıxılmaz bir vəziyyətdədir. Bu vəziyyətdə axır çıxış yolu təkcə bangdan pul götürmək qalıb. Bu halda o bangdan pul götürə bilərmi? Və ya nə etməlidir? Bu barədə geniş izah verməyinizi sizdən rica edirəm. Borclu əl çəkmir qardaşdan pulunu istəyir. Öncədən də təşəkkür edirəm.
Ad: Əmin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Cavab:
Bismillahir-rəhmanır-rəhim
Əgər müzaribə, kreditlə mal satqısı və s. kimi şəri müamilələrin biri çərçivəsində olsa, eybi yoxdur və bunun şərtlərinə əməl etmək lazımdır. Əgər şəri müamilələr çərçivəsində olmasa, bank da dövlət və ya dövlətlə müştərək banklardan olsa, həmin məbləği məchulul-malik (sahibi məlum olmayan) mal ünvanı ilə götürün, sonra Ayətullah əl-üzma Sistaninin izni ilə həmin pulu özünüzə düzgün borc hesab edin. Həmin pulu kredit götürdükdə qeyd olunan qaydalara uyğun olaraq istfadə edin.
Əlbəttə, bank tərəfindən verilən pulun əslinin və əlavə gəlirinin sizdən alınacağını bilməyiniz, borca bir zərər yetirmir. (Bu o surətdədir ki, siz həmin məbləği məchulul-malik və Ayətullah əl-üzma Sistaninin izni ilə almış olasınız).
Qeyd: Ayətullah əl-üzma Sistani bu izni bütün möminlərə vermişdir.
Bu hökm islami banklara aiddir. Qeyri-islami banklardan əlavə gəlir ödəmək məqsədi ilə borc almaq haramdır. Bu işdən qurtarmaq üçün malı borc adı ilə deyil, qənimət adı ilə bankdan alıb, şəriət hakiminə müraciət etməyə heç bir ehtiyac olmadan təsərrüf etmək olar. Hərçənd onların həm malın əslini, həm də qazancını ondan tələb edəcəklərini bilsə belə.
1274 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat