Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

15 noyabrda gözlənilən hava şəraiti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:
Bakıda və Abşeron yarımadasında
Noyabrın 15-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturunun gecə 8-12, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 764 mm civə sütununa düşəcək, nisbi rütubət gecə və axşam 85-95, gündüz 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Noyabrın 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 4 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişəcəyi, ikinci ongünlüyün sonunadək qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı düşəcəyi, noyabrın 17-18-19-da gündüz saatlarında 8-10 dərəcə isti olacağı gözlənilir. Şimal küləyi arabir güclənəcək. Tutqun hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı ehtimalı var. Noyabrın 16-da qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi gözlənilir.
971 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı