Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

"Bacısını xilas edən qəhrəman qardaş" videosu saxta çıxdı - Fotolent

"Youtube"da milyonlarla dəfə izlənən "bacısını güllələrdən xilas edən qəhrəman qardaş" videosunun saxta olduğu ortaya çıxıb.

 

İnterAz-ın "BBC"-yə istinadən məlumatına görə, bir qrup Norveç rejissorunun açıqlamasına görə, həmin görüntülər heç də Suriyaya və müharibə meydanına aid deyil. Bu film hələ bu ilin yayında norveçli rejissorlar tərəfindən Maltada çəkilib və müharibə zonalarındakı uşaqların həyat tərzinə həsr olunub.

 

Məlumatda deyilir ki, Osloda yaşayan 34 yaşlı Lars Klevberq adlı rejissor Suriya müharibəsini əks etdirmək üçün kiçik bir ssenari yazdıqdan sonra bunu lentə almağı qərarlaşdırıb.

 

Əslində isə, filmi istehsal edənlər qısametrajlı filmin Suriyada baş verən gerçək hadisə başlığı ilə dünya mediasında yayılacağını da nəzərə alıblar və məqsədlərindən biri də məhz bu olub.

"Biz bu filmi bu il may ayında Maltada çəkmişik və çəkilişlərdə "Troya" və "Qladiator" filmindəki effektlərdən istifadə etmişik. Oradakı balaca oğlan və qız isə Maltadan olan profeesional aktyorlardır. Arxa fondakı səsi əldə etmək üçün Maltada yaşayan suriyalı qaçqınlardan istifadə etmişik." - kinorejissor L.Klevberq açıqlamasında bildirib. Filmin çəkilişi üçün hələ 2013-cü ildə Norveç Film İnstitutu (NFİ) və Norveçin İncəsənət şurası tərəfindən maliyyə dəstəyi ayrılıb. Filmi ərsəyə gətirənlər heç bir başlıq və şərh yazmadan filmi "youtube" portalına yükləyiblər və onun real yoxsa saxta olmasına aydınlıq gətirməyə ehtiyac duymayıblar. Bununla, kütlənin reaksiyasını öyrənməyə çalışıblar.

Xatırladaq ki, bir neçə gün öncə dünya mediasında bu barədə dezinformasiya tipli xəbər yayılıb. Xəbərdə iddia olunurdu ki, guya bu görüntülər Suriyada lentə alınıb və guya Suriya silahlı qüvvələrinin əsgərləri azyaşlı uşaqlara bilərəkdən atəş açır.




 

1307 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...