Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

Mövsüm Səmədovun apellyasiya məhkəməsinin vaxtı dəqiqləşdi

Noyabrın 17-də saat 10-da Bakı Apellyasiya Məhkəməsində Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun məhkəmə prosesi keçiriləcək.

Qeyd edək ki, oktyabrın 9-da AİP-in lideri Mövsüm Səmədovun Qobustana köçürülməsi ilə bağı məhkəmə prosesi keçirilib. Hakimin qərarı ilə AİP liderinin 2 il müddətinə Qobustanda qalması qərarı verilib.

AİP lideri Mövsüm Səmədovun heç bir səbəb göstərilmədən 11 saylı cəzaçəkmə müəssisəsindən yeri dəyişdirilərək 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülməsi, orada isə dərhal “karser”ə salınması, təyin olunan müddət bitməmiş üstünə yenə əlavə olunması, təzyiq altında saxlanması, daha sonra isə oradan da Qobustan ciddi rejimli həbsxanaya köçürülməsi bütün Azərbaycan xalqının və ölkə dindarlarının narazılığna səbəb olub. Məhkəmədən sonra vəkil qərardan apelyasiya şıkayəti verib.

Qeyd edək ki, Mövsüm Səmədov 2011-ci il yanvar ayının 2-də partiyanın baş məclisində Azərbaycan hakimiyyətinin ünvanına tənqidi çıxışdan 5 gün sonra yanvar 7-də həbs edilib. Həmin dövrdə AİP lideri haqqında yanvarın 20-də həbs qətimkan tədbiri seçilib. Oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov12 il azadlıqdan məhrum edilib./islaminsesi/
1223 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP