Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

“Volkswagen” 2,6 mln. avtomobilini geri çağırıb

Almaniyanın “Volkswagen” şirkəti bütün dünyadan 2,6 mln. avtomobilini (640 mini Çində olmaqla) geri çağırıb.

APA-nın “BBC”-yə istinadən verdiyi xəbərə görə, bir neçə modeli əhatə edən problemli avtomobillərdəki nasazlıqlar xarici işıqlandırıcı cihazlar, yanacaq sistemində sızma və tövsiyə edilən maşın yağının uyğunsuzluğu ilə bağlıdır.

Geri çağırılan avtomobillərin 800 mini “Volkswagen”nin 2013-cü ildə ən çox satılan “Tiguan SUV” modelinə məxsusdur.

Qeyd edək ki, bu “Volkswagen” şirkətinin tarixində ən geniş miqyaslı geri çağırılmadır.
2338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber