Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

İŞİD-in Kərbəlaya hücumunun qarşısı alındı

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, İraqın Amiriyyə və Fəllucə məntəqəsinin şura rəisi Şakir Mahmud İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) təkfirçi terrorçularının Kərbəlaya hücumunun qarşısını aldıqlarını bildirib.
O mətbuata verdiyi açıqlamada bildirib: İŞİD əl-Ənbar əyalətində pusqu qurmuşdu. Onlar Kərbəlaya hücum etmək istəyirdilər. Lakin bizim qüvvələr tərəfindən hücumun qarşısı alınıb.
Biz bu işi xalq qüvvələrinin yardımı ilə etdik. Xalq qüvvələrinin 150 döyüşçüsü əməliyyatda iştirak edib. Bundan əlavə bir neçə qırıcı da əməliyyata dəstək verib. Əməliyyat dəqiq olaraq əl-Ənbar əyalətinin şərq, Kərbəlanın qərb tərəfində, Ruzazə və Aba məntəqəsində həyata keçirilib.
Qeyd etmək lazımdır ki, İŞİD terrorçuları dəfələrlə Kərbəlaya hücum etmək istəmişlər. Lakin onların bütün hücumlarının qarşısı alınıb. Onların son hücumunun təqribən 10 gün əvvəl, Kərbəlanın 31 km-liyində qarşısı alınmışdı.
1344 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22