Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

Əl-Qaidə müftisi İŞİD xilafətini sual atlına aldı

Nur-az.com-un ShiaOnline-a istinadlı məlumatına əsasən, Əbu Həfs Mavritani kimi məşhur olan Məhfuz Vələd Valid əl-Qaidə təşkilatının keçmiş müftisidir. O Üsamə bin Laden və Əymən əz-Zəvahiriyə yaxın şəxs olmuşdur. O təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) hərəkətlərini şiddətlə qınayıb.
Əl-An kanalına müsahibə verən Əbu Həfs deyib: Kütləvi qətllər, xüsusilə qadın və uşaqlara qarşı törədilən qətllər caiz deyil və haramdır. Bəzən belə addımlar əl-Qaidə tərəfindən də atılır. Mən hər zaman xəbərdalıq edirdim və belə addımları haram sayırdım. Lakin mənim fətvama əməl edilmədiyi üçün əl-Qaidədən uzaqlaşdım.
O İŞİD-in jurnalist, tibbi və humanitar yardım qüvvələrinə qarşı etdiklərini də qınayıb.
O Əbubəkr əl-Bağdadinin qurduğu “xilafət” və özünün “xəlifə” olmasını da sual altında qoydu: Müsəlmanlara xəlifə olmağın xüsusi şərtləri var ki, dini kitablarda bəyan edilib. Lakin Bağdadi bu şərtlərə malik deyil. Onun təşkil etdiyi “İslam xilafəti” də həqiqi və ideal deyil.
O sonda İŞİD-in əl-Qaidə-dən ayrılması barədə deyib: İŞİD qüvvələri əvvəldən fikir, siyasi və rəftar baxımından əl-Qaidə ilə ixtilafda idi. Onlar birgə olduqları zaman da öz mənafeylərinə görə birgə idilər. Lakin İraqın vəziyyəti dəyişdikdə, onlar da təcili bir-birindən ayrıldılar və özlərinə ayrı yol seçdilər.
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi