Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

Husilər Yəməndə əl-Qaidə qarşısında üstünlük əldə ediblər

Nur-az.com-un Shafaqna-ya istinadla verdiyi xəbərə əsasən, Yəməndən əldə edilən məlumatlara əsasən Husilər Rəda şəhərində əl-Qaidə qüvvələrinə qarşı üstünlük əldə etmişlər. Əl-Bəyza əyalətində yerləşən bu şəhər qədimdən və ənənəvi olaraq əl-Qaidənin yarandığı və nüfuz etdiyi şəhər olmuşdur.
Əl-Cəzirənin verdiyi məlumata əsasən, Husilər əl-Qaidə ilə qarşıdurmada 50 nəfər itirmişlər. Lakin “Ərəbistan yarımadasında əl-Qaidə qüvvələri”-nin qərərgahı kimi istifadə olunan mərkəzi ələ keçirə bilmişlər. Cümə gününün sonuna qədər qarşıdurmalar artan templə davam etmişdir. Əl-Qaidə qüvvələri öz nəzarətlərində olan əraziləri itirməmək üçün daha çox qüvvə istəmişdilər. Lakin fayda verməyib.
Husi rəsmiləri bildiriblər ki; əl-Qaidə terror təşkilatı işğal etdiyi ərazilərdən çıxarılana yaxud tam məğlub olana qədər əməliyyatlar davam edəcək. Əgər paytaxt Sənada da ciddi və nizamlı dövlət silahlı qüvvələri görməyincə paytaxta da Husilər nəzarət edəcəklər.
1174 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber