Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

Ermənilərdən Ağdamda növbəti helikopter təxribatı

Ermənilər Ağdamda keçirdikləri təlimdə yenidən hərbi helikopterlərdən istifadə ediblər

Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində keçirilən hərbi təlimlərdə ötən gün yenidən hərbi helikopterlər havaya qaldırılıb.

Ermənistan mediası Ağdam rayonunun işğal olunmuş ərazilərində prezident Serj Sərkisyanın da izlədiyi təlimdə Mi-24 döyüş helikopterlərinin uçuşu və raket atışlarının foto və videolarını nümayiş etdirib.

Təlimdən yayımlanan fotolarda erməni əsgərlərinin «İqla» portativ zenit-raket sistemindən də atışlar həyata keçirdiyi nümayiş olunub.

Qeyd edək ki, ermənilərin açıqladığı rəsmi məlumata görə, Qarabağda keçirilən «Birlik-2014» adlı təlimə 2100 artilleriya sistemi, 850 zirehli texnika, 450 ədəd hava hücumundan müdafiə vasitəsi, 1600 tank əleyhinə vasitə, 260 xüsusi texnika və 4200 avtomobil texnikası cəlb olunub. Təlimlər noyabrın 15-də başa çatacaq.

Noyabrın 12-də Ağdam ərazisində keçirilən təlim zamanı Azərbaycan Ordusunun mövqelərinə hücum edən Ermənistan HHQ-nin bir ədəd Mi-24 döyüş helikopteri Azərbaycan hərbçiləri tərəfindən məhv edilib./apa/
1260 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber