Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

313 piyada ölüb

Statistikaya görə, son 10 ay ərzində piyada vurulması halları artıb.
Yolu piyada keçidlərinə məhəl qoymadan keçməyin hansı ağır nəticələr verə biləcəyini Samir Novruzovdan bəlkə də yaxşı bilən yoxdu. Çünki doğma qardaşı ötən il məhz Nobel prospektindəki magistral yoldan keçərkən avtomobil zərbəsinə tuş gəlib və dünyasını dəyişib. Bu cür faktlarsa bir yox, minlərlədir.

Düzdür piyadaların vurulması ilə nəticələnən yol nəqliyyat hadisələrində sürücülərin az rolu yoxdur. Amma piyadaların yolu necə gəldi keçərək öz həyatlarını təhlükəyə atması da danılmaz faktdır. Hələ həmin ərazilərdə onların təhlükəsizliyi nəzərə alınıbsa.

Prospektdə cəmi 15 dəqiqə müşahidə sübut etdi ki, magistral yolda yüksək sürətlə idarə olunan avtomobillər nə qocanı, nə cavanı, nə də uşağı narahat edir. Çünki 1 m-lik məsafədə piyada keçidi ola-ola onu keçməyə tənbəllik edirlər. Bəhanə isə ya gecikmə, ya buna vərdiş etmə, ya da keçidin eskalatorla yox pilləkanlarla təchiz olunmasıdır. İki azyaşlı uşaqla belə yüksək sürətlə yolu keçən qadın nəyinki öz həyatını, həm də əlindən tutduğu balacaların gələcək taleyini düşünmür. Gənclər isə piyda keçidi pilləkanla olduğundan yolu kor-koranə keçməyin daha rahat olduğunu deyirlər.

Bir sözlə özünün və başqasının həyatına biganə yanaşanlar var. Ekspert Azər Allahverənov hesab edir ki, ölümlə göz-gözə gələn bu piyadalara qarşı mübarizə üsulu cəzaları sərtləşdirmək və onları maarifləndirməkdir.

Ötən illərlə müqayisədə piyadaların vurulması ilə nəticələnən qəzalar bu il daha da artıb. İstər bölgələrdə, isətərsə də paytaxtda qeydə alınan bu cür bədbəxt hadisələrin sayındakı artım Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevi də narahat edir. Çünki qurumun son 10 ayın statistikasında qeydə aldığı rəqəmlər heç də ürəkaçan deyil.

Onun sözlərinə görə, ümumi qəzaların 37,3 fazini piyadaların vurulması ilə bağlı olan qəzalar təşkil edir. 826 yol nəqliyyat hadisəsində 313 piyada həlak olub, 581 nəfər isə yaralanıb. Bu günə kimi isə 120 mindən çox piyada yol hərəkət qaydalarını pozaraq məsuliyyətə cəlb olunub.
950 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber