Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

İŞİD-ə qarşı müharibənin saatı ABŞ-a neçəyə başa gəlir?

Amerikanın Atlantik portalı məlumat verib ki, Amerikanın İraq və Suriyada təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinə (İŞİD) qarşı əməliyyatların hər saatı 300 min dollara başa gəlir.
Nur-az.com-un Fars News-a istinadla verdiyi xəbərə görə, Amerikanın rəhbərlik etdiyi İŞİD-ə qarşı koalisiya qüvvələri gündə 8 milyon dollar, saatda təqribən 300 min dollar xərcləyir.
Hesabata əsasən, Amerika İraqda əməliyyatlara 96 gün öncə, Suriyadakı əməliyyatlara isə 50 gün öncə başlayıb. Gündəlik 8 milyon dollar xərc Əfqanıstandakı 13 illik gündə 200 milyon dollarlıq əməliyyat qarşısında elə də bir rəqəm deyil.
Hesabata əsasən, Amerika 2001-ci ildən İraq və Əfqanıstandakı iki müharibədə və indi də İŞİD əleyhinə müharibədə indiyə qədər 1.5 trilyon dollar pul xərcləmişdir.
Halbuki Barak Obama dövləti ötən həftə konqresdən iraqlıları və kürdləri silahlandırmaq üçün 5.6 milyard dollarlıq əlavə büdcə istəmişdir.
1169 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber