Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2014

İŞİD və ən-Nüsrə razılığa gəldilər

Nur-az.com-un əl-Aləm-ə istinadla verdiyi xəbərə görə, Suriyada fəaliyyət göstərən iki terrorçu qruplaşma, təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövləti (İŞİD) və əl-Qaidə terror təşkilatının Suriya qolu olan ən-Nüsrə cəbhəsi öz aralarında aylarla sürən müharibəyə son vermək barədə razılığa gəlmişlər.
Associated Press agentliyi öz mənbələrinə istinadla məlumat verib ki, iki qruplaşmanın sərkərdələri noyabr ayının 2-də Suriyanın şimalında görüşmüş və bir-birilə müharibəni dayandırmaq və əməkdaşlıq etmək barədə razılığa gəlmişlər.
Məlumata əsasən, təkcə may ayında İŞİD və ən-Nüsrənin Deyr əz-Zur əyalətindəki qarşıdurmalarda iki tərəfdən ümumi 160 nəfər öldürülüb. Ən-Nüsrə cəbhəsi bundan öncə bildirmişdi ki, İŞİD-lə müharibə etməmək əmrlərinə riayət edəcək və heç bir hücum etməyəcək. Lakin İŞİD və başqalarının hücumlarını cavabsız qoymayacaq.
1189 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı