Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

Beş nəfərlik ailə və pilot təyyarə qəzasında öldü

Meksikanın Tamaulipas ştatında iki mühərrikli kiçik təyyarə qəzaya uğrayıb, nəticədə 6 nəfər ölüb. “RİA Novosti”-nin verdiyi xəbərə görə, “Piper” tipli təyyarə San Luis Potosi şəhərindən Torreona uçarkən hələlik məlum olmayan səbəbdən yerə çırpılıb. Ölənlərdən 5 nəfərin bir ailə üzvü, bir nəfərin isə pilot olduğu bildirilir.

Məlumata görə, qəza ucqar ərazidə baş verdiyindən xilasedicilər hadisə yerinə gec gəlib. Meyitlərin yanaraq tanınmaz hala düşdüyü bildirilir./apa/
1085 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.