Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

ABŞ Azərbaycanda çirkli pulları yuyan bankların adı açıqladı - siyahı

Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy «Beynəlxalq Bank», «Azəriqazbank» və «Bank Sandard»-ı çirkli pulların yuyulmasında ittiham etdi
Azərbaycanda fəaliyyət göstərən üç məşhur bankın adı “çirkli pullar”ın “yuyulmasında” hallanır. Bu sensasion iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy (Damon McCoy) çıxış edib. Məlumatlarda bildirilir ki, oxşar iddia barədə bu ilin iyununda “KrebsOnSecurity” Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqqında məlumat yayılıb.

Araşdırmaların nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaşlıq” proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Araşdırma zamanı həmçinin daha 3 aktiv “tərəfdaşlıq” proqramı da müəyyən olunub. Bəlli olub ki, belə proqramlar çərçivəsində saxta antivirusların satışı “Bank Standard” və “Azərbaycan Beynəlxalq Bankı” üzərindən baş tutub. Bu zaman dövriyyədə 10 milyonlarla dollar olub.

Deymon Mak-Koy deyib ki, araşdırma zamanı o, internet üzərindən saxta proqram təminatı, antivirus proqramları satan çoxsaylı şirkətlə əlaqəyə girib və onlardan aldığı saxta proqramlara görə ödəmələri həyata keçirmək üçün bank hesabları istəyib. Belə saytlar sırasında “BestAV” və “Gagarincash” da olub. Bir neçə il davam edən araşdırmalar zamanı Deymon Mak-Koy belə saxta proqramlara görə əsasən “Bank Standard”dakı hesaba pul ödəyib. Bir neçə ay əvvəl isə ödəmələr “Azərbaycan Beynəlxalq Bankı”na transfer olunub. Araşdırmaçı “Win7Security” adlandırdığı və daha gizli şəkildə saxta antivirus proqramlarının satışı ilə məşğul olan onlayn satıcının izinə düşüb. Lakin sonradan həmin izi itirib./azadlıq/
1378 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...