Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

İraq ABŞ qoşunlarını torpağında görmək istəmir

ABŞ Birgə Qərargahlar rəisi Martin Dempsi İslam Dövləti qrupuna qarşı müharibənin genişləndirilməsində növbəti mərhələni müzakirə etmək üçün İraqa səfər edib.

Dempsi Bağdadda İraqın baş naziri Heydər Əl-Abadi ilə görüşüb.

Baş nazirin sözçüsü bildirib ki, Əl-Abadi ABŞ-la hərbi əməkdaşlığın daha da yaxınlaşdırılmasına ümid etsə də, Amerika qoşunlarının İraq ərazilərində müharibə aparmasını istəmir.

Qeyd edək ki, səfərindən iki gün əvvəl general Dempsi ABŞ-ın Konqres komitəsində çıxışı zamanı Mosul və digər şəhərlərdə döyüşlər aparmaq üçün az saylı əsgəri İraqa göndərməyi mümkün hesab edib.
1041 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56