Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

ABŞ-da uşaq xəstəxanasında silahlı insident baş verib

ABŞ-ın Viskonsin ştatında uşaq xəstəxanasında silahlı insident baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fox News telekanalı məlumat yayıb.

Məlumata görə, insident Uauatoza yaşayış məntəqəsində baş verib. Yerli polisin açıqlamasında bildirilir ki, poliklinikada axtarışda olan cinayətkar və onu aşkarlayan polis əməkdaşları arasında silahlı toqquşma olub.

Atışma nəticəsində şübhəli şəxs yaralanaraq saxlanılıb. Xəstəxanada olan polislər və digər insanlar arasında xəsarət alan yoxdur.
2397 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı