Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

İstanbulda alovlu gecə

Türkiyənin İstanbul şəhərində güclü yanğın hadisəsi qeydə alınıb.

İstanbulun Bəyoğlu və Kiçikçəkməcə rayonlarında parkinqdə olan 20 avtomobil kimliyi naməlum şəxslər tərəfindən yandırılıb. Avtomobillərin alışdığını görən ətrafdakı vətəndaşlar hadisəni mobil telefonları ilə çəkməyə başlayıblar.

Hadisə ilk olaraq Bəyoğlu rayonunda gecə saatlarında baş verib. Naməlum şəxslər 10 avtomobilin üzərinə benzin tökərək “molotof kokteylləri” atıb ərazidən uzaqlaşıblar. Hadisədən xəbər tutuan polis və yanğınsöndürmə qrupu dərhal yanğının qarşısının almağa, ətrafdakı insanları uzaqlaşdırmağa çalışıblar. Yanan avtomobillərdən tamamilə yararsız vəziyyətə düşüb.

Daha sonra İstanbulun başqa bir səmti – Kiçikçəkməcə rayonunda da eyni cür hadisənin baş verdiyi bildirilib. Yanğınsöndürənlər alışan və yararsız vəziyyətə düşən avtomobilləri söndürərək yanğının böyüməsinin, ətrafa zərər verməsinin qarşısını alıblar./ans/
993 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber