Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

"Rusiya müdafiə sənayesi haqda məlumatlar toplamalıydım"

Rusiyada Latviya xüsusi xidmət orqanlarının agenti ifşa olub.

Bu barədə NTV telekanalı xəbər yayıb.

Xəbərə görə, agent Aleksey Xolostov Latviya xüsusi xidmət orqanlarına işlədiyini etiraf edib.

"Mən, Aleksey Xolostov rusiyalıyam, Latviya vətəndaşıyam. Rusiyada Latviya xüsusi xidmət orqanlarının əməkdaşı kimi fəaliyyət göstərirəm. Mərkəzi Kəşfiyyat İdarəsinin adamıyam", deyə A.Xolostov ifadəsində etiraf edib.

Bildirilir ki, Xolostov Latviyada rusdilli sakinlərin hüquqlarını müdafiə edirdi və "Razılıq Mərkəzi" birliyindən deputat seçilmişdi.

Xolostov etiraf edib ki, o, müvafiq məlumatları MKİ-nin səlahiyyətli şəxslərinə ötürürdü. Agentə tapşırılmışdı ki, Rusiya müdafiə sənayesi haqqında məlumatlar toplasın və mərkəzəö ötürsün./ans/
921 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber