Şrift ölçüsü:
A+
A
A-
Kr
16 Noyabr 2014

Putinin Qərbə yeni saymazlığı

Rusiya prezidenti Vladimir Putin G20 sammitinin bağlanış mərasimində iştirak etməyib.

Rusiya lideri G20 liderlərinin bazar günü səhər yeməyi masası ətrafında təşkil edilmiş yekun görüşünə qatılmayib.

Sammiti vaxtından bir qədər tez tərk edən Rusiya prezidenti bunu Astraliyadan Moskvaya qədər yolun uzunluğu izah edib. "Heç olmasa 4-5 saat yuxu almaq gərəkdir. Bazar ertəsi işə çıxmalıyam, buradan isə Vladivostoka uçmaq 9 saat şəkir. Vladivostokdan Moskvaya uçuş əlavə 9 saat vaxt tələb edir",- deyə Vladimir Putin sammitin keçirildiyi Brisbane şəhərini tərk edərkən deyib.

Qeyd edək ki, Avstraliyanın Brisbane şəhərində G20 qrupu ölkələrinin sammiti başa çatıb. Sammitdə Ukraynadakı vəziyyət və Rusiyanın bu ölkədəki bohrana təsiri məsələsi müzakirə edilib. ABŞ prezidenti Barack Obama bəyan edib ki, prezident Putin beynəlxalq hüququ və Ukraynada münaqişənin həllinə yönələn sazişləri pozmaqda davam etsə, Rusiya beynəlxalq birlikdən təcrid olunmuş vəziyyətdə qalacaq. ABŞ prezidentinin sözlərinə görə, Moskva beynəlxalq hüququ və Minsk razılaşmalarını pozaraq Ukraynadakı separatçıları ağır silahlarla təchiz edir./ans/
844 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:14