Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

17 noyabrda gözlənilən hava şəraiti

Noyabrın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacaq. Saniyədə 10-15 metr sürətlə şimal küləyi əsəcək, arabir 18-23 metrədək, gecə yarımadanın bəzi yerlərində 25-28 metrədək güclənəcək.

Gecə və gündüz 8-10 dərəcə isti olacağı ehtimal edilir.

Azərbaycanın bölgələrində arabir yağış yağacağı gözlənilir, dağlıq ərazilərdə sulu qara və qara keçəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq.
949 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
Go to TOP