Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

ABŞ-ın Yaponiyadakı hərbi bazası necə olacaq?

Yaponiyada keçirilən yerli seçkilər başa çatıb.

Amerika Birləşmiş Ştatları - Yaponiya əlaqələri baxımından Okinava prefekturasında baş tutan seçkilər daha çox diqqət mərkəzindədir. Burada yerləşən Amerikaya məxsus hərbi bazanın taleyi seçkilərin nəticələrindən asılıdır.

Bazanın bağlanması tərəfdarı olan namizəd Takeşi Onaqa seçkilərdə qalib gələn tərəf olub.

Seçkilərin nəticələri baş nazir Sindzo Abenin partiyası üçün biabırçılıq kimi şərh olunur.

Hökumət bazanın mülki məntəqədən uzaqlaşdırılmasına dair danışıqlar aparırdı. Prefekturada əhalinin əksəriyyəti isə ikinci dünya müharibəsindən qalan bazanın, ümumiyyətlə, ləğv edilməsini tələb edir.

Qalib namizəd Onaqa xalqın səsinə səs verəcəyini deyib.

“Hökumətin bazanın yerini dəyişməsinə dair planı özünü doğrultmadı və mən seçkilərdə qalib gəldim. Okinava əhalisi plana dair alternativ mövqedədirlər. Mənim vəzifəm bu ismarışı Yaponiya hökumətinə, Amerika Birləşmiş Ştatlarında və lazım olsa Birləşmiş Millətlər Təşkilatına çatdırmaqdır” - deyə Onaqa qeyd edib.

Yaponiyada saxlanılan 50 minlik əsgərdən ibarət Amerika ordusunun yarısı Okinavadakı bazada yerləşib./ans/
944 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...