Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

“Boko-Haram” silahlıları qəzəbləndi

Nigeriyada terrorçu qruplaşma "Boko-Haram" tərəfindən ələ keçirilən Çibok şəhəri üzərində nəzarət bərpa olunub.

Nigeriya ordusu şəhərin silahlılardan təmizlənməsi üçün xüsusi genişmiqyaslı əməliyyatlar keçirib. Əməliyyatlar kifayət qədər uğurlu olub.

"Boko-Haram" silahlıları sözügedən şəhərdə aprel ayında 300-ə yaxın məktəbli qızı qaçırmışdı. Onlardan 219-u hələ də itkin hesab olunur.

Hökumətin anti-terror əməliyyatları silahlıların qəzəbinə səbəb olub. Silahlılar Azar şəhərində bazar meydanında partlayış törədiblər. Hücum zamanı azı 10 nəfər ölüb, onlarla insan yaralanıb. Sonuncu terror hücumu Azar şəhərində bir ayda 3-cü hücum olub. Şəhər sakinləri hökumətin "Boko-Haram"a qarşı mübarizədə zəif olmasından şikayət ediblər./ans/
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:20