Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

İŞİD ən-Nüsrənin beyətini qəbul etmədi

Əvvəlcə əl-Qaidənin İraq qolu kimi təqdim edilən İŞİD sonradan Suriyada (əl-Qaidənin Suriya qolu olan) ən-Nüsrə cəbhəsilə ölkə ərazilərində nəzarət uğrunda qanlı qarşıdurmalara qalxdı. Nəticədə ən-Nüsrə cəbhəsi Suriyanın Deyr əz-Zur bölgəsində məğlub oldu.
Nur-az.com-un ABNA-ya istinadlı məlumatına əsasən, ən-Nüsrə cəbhəsi və onunla müttəfiq olan qruplaşmalar son günlər Rəqqə şəhərinə bir heyət göndərək İŞİD-lə qarşıdurmalara son vermək istəklərini bildirmişdilər. Lakin İŞİD komandirləri bu təklifi rədd edərək ən-Nüsrə cəbhəsi üzvlərini kafir saymışlar.
Təkfirçi və terrorçu qruplaşma olan İraq və Şamda İSRAİL Dövlətinin (İŞİD) İraq və Suriyada gücünün artması nəticəsində bu qruplaşma dünyada İslam xilafəti elan etdi. Bundan sonra İŞİD komandirləri bütün dünyadakı silahlı qruplaşmalardan Əbubəkr əl-Bağdadi ilə beyət etməyi tələb etdilər.
Əl-Qaidəyə bağlı qruplaşmalar Əfqanıstan, Suriya, Somali və Yəməndə fəaliyyət göstərirlər. Onlar əl-Qaidə rəhbərliyinə vəfadar olduqları üçün İŞİD-i rəsmən tanımırlar.
Buna baxmayaraq əl-Qaidədə baş verən parçalanmadan sonra bu terrorçu qruplaşmanın bəzi üzvləri Əbubəkr Bağdadi ilə beyət etdilər. Son xəbərlərə əsasən, Əlcəzair və Pakistandan bəzi təkfirçi qruplaşmalar da Əbubəkr Bağdadiyə öz itaətlərini elan etmişlər.
Əl-Qaidənin Yəmən və Mərakeş qolu Əbubəkr Bağdadi ilə beyət etməsələr də açıqlama verərək İŞİD-i dəstəkləmişlər.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən əl-Qaidə komandirləri İŞİD-ə yaxınlaşmaq üçün öz tərəfdarları tərəfdən təzyiqə məruz qalırlar. Lakin bu komandirlər razılaşmır və əl-Qaidəni İŞİD-dən fərqli saymışlar.
Əl-Qaidənin cavan üzvləri öz qruplarının rəhbərlərinin əllərindən bir iş gəlməyən qoca kişilər olduqları fikrindədirlər. Buna görə də İŞİD-lə beyət etməyə meyillənirlər.
Əlbəttə bunu da qeyd etmək lazımdır ki, İŞİD-in geniş miqyaslı media təbliğatı bütün dünya boyunca terrorçuların qruplaşmaya cəlb edilməsində böyük rol oynayır. İŞİD internet və sosial şəbəkələr üzərindən özünü təbliğ etmək üçün istifadə edir. İŞİD bu yolla dünyanın müxtəlif ölkələrindən çox sayda cavanı özünə cəlb edə bilib.
851 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber