Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Azərbaycanın Astara rayonunda dəhşətli qətl törədilib

83 yaşlı kişi 72 yaşlı həyat yoldaşını və özünü güllələdi
Azərbaycanın Astara rayonunda dəhşətli qətl törədilib.

Rayon Prokurorluğundan apa-ya verilən məlumata görə, hadisə rayonun Sığaloni kəndində qeydə alınıb.

Kənd sakini, 83 yaşlı İsmayıl Qubad oğlu Qulamov ailə münaqişəsi zəminində həyat yoldaşı, 72 yaşlı Məhbubə Xanhəsən qızı Nurəliyevanı odlu silahla qətlə yetirib.

İ.Qulamov daha sonra özünü güllələyib. O da ölüb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.
2201 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber