Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

“Oxundu təsdiqi” funksiyası “WhatsApp”ı çətin vəziyyətə salıb

“WhatsApp”ın istifadəyə yeni təqdim etdiyi “oxundu təsdiqi” funksiyası deyəsən “WhatsApp”ın başına bəla olacaq.

Bu qənaətə hüquqşünaslardan biri gəlib.

Hüquqşünas Kristian Solmekin fikrincə mavi təsdiq işarəsi gizlilik və qanunlarla bağlı səbəblərə görə, qaydalara ziddir. “WhatsApp” isə bu iddiaya funksiyanın söndürülə biləcək əlavənin hazır olması cavabını verib.

Qeyd edək ki, “WhatsApp” “mavi təsdiqetmə işarəsi”ni bu yaxınlarda istifadəçilərin ixtiyarına buraxıb. Bundan əvvəl isə mesajınızın sadəcə qarşı tərəfə çatdığını bildirməklə kifayətlənirdi. Yəni, mesajınız çatsa belə, qarşı tərəfin “WhatsApp”ı açıb mesajınızı oxuduğunu anlamaq mümkün olmurdu.
813 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:12