Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

“İŞİD-in kökü vəhhabilikdədir”

Şiə dünyasının nüfuzlu alimlərindən olan mərceyi-təqlid Ayətullah Cəfər Sübhani İŞİD-in kökünün vəhhabilikdə olduğunu bildirib.

Ayətullah Sübhani çıxışı zamanı İŞİD terrorçuları tərəfindən İraq və Suriyada baş verən insan qətllərinin davamlı şəkildə olmasına toxunub.

Ayətullah Sübhani “Bu gün vəhhabilyin gizli siması və onun İŞİD-in meydana gəlməsindəki rolu region xalqları üçün aydındır. Terrorçu İŞİD-in törətdiyi qətliamların İslamla heç bir əlaqəsi yoxdur və bu cərəyanın mahiyyəti xalqa bəyan edilməlidir”, - deyə bildirib.

Daha sonra şiə alimi İŞİD-in konkret şəxslərin aləti olmasını qeyd edərək, bu terror qruplaşmasının özlərini bilərəkdən “İslam Dövləti” adlandırıb dinin adını bədnam etmək istədiyini bildirib./axar/
860 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı