Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

Bu gün Azərbaycanda Meydan hərəkatı başlayıb

Bu gün – 17 noyabr Azərbaycanda Milli Dirçəliş günü kimi qeyd olunur.

Məhz 1988-ci ildə Sovet imperiyasının çöküşüylə bağlı onun hüdudları daxilində qanlı çaxnaşmalar başladı. Artıq çürümüş imperiyanın əsil mahiyyəti aydınlaşır, uzun illər təlqin olunan kommunist beynəlmiləlçiliyinin puç olduğu üzə çıxırdı. Xalqları bir-birinə düşmən etməklə öz dayaqlarını saxlamağa çalışan imperiya dəhşətli cinayətlərə əl atırdı.

1988-ci ilin ilk günlərində Ermənistan Azərbaycana qarşı açıq təcavüzə keçdi. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri Mixail Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişi ilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdundan kütləvi surətdə qovmağa başladılar. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi haqqında məsələ qaldırdılar.

Məhz bunlara etiraz olaraq 1988-ci ildə SSRİ-nin çöküşünü gətirəcək milyona yaxın insan Azadlıq meydanına (o vaxt V.İ.Leninin adını daşıyırdı) öz suverenliyini və hüquqlarını tələb etməyə çıxdı.
904 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
03.12.16, 10:30