Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

Polşa diplomatları Rusiyadan çıxarılır

Rəsmi Moskva bir neçə Polşa diplomatını Rusiyadan çıxarır. Bundan əvvəl Polşa Rusiyanın bir neçə diplomatını ölkəsindən qovub. Bu barədə İnterfax xəbər verir.

Rusiyanın Xarici İşlər Nazirliyi təsdiqləyib ki, öz diplomatlarının Varşavadan çıxarılmasına cavab olaraq bu addımı atıb.

«Təəssüf ki, Polşa hakimiyyəti əsassız yerə belə bir addım atıb. Ona görə də Rusiya müvafiq əks-tədbirlər görüb və bir neçə Polşa diplomatının öz statusuna uyğun olmayan fəaliyyətinə görə ölkəni tərk etməsini istəyib», deyə Nazirliyin mətbuat xidməti yaydığı açıqlamada bildirib.

Polşa mediası da yazib ki, bir neçə rusiyalı diplomat öz statusuna uyğun olmayan fəaliyyət göstərdiyi üçün ölkədən çıxarılıb.
847 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP