Şrift ölçüsü:
A+
A
A-
Kr
17 Noyabr 2014

“Demirəm Nemətə heykəl qoysunlar”

Noyabrın 17-si Milli Dirçəliş Günüdür. Bu gün həm də Nemət Pənahlının 52 yaşı tamam olur. Həcər Pənahlı bu günü 4 ildir kədərlə qeyd etdiklərini deyib: “Nemətin tarixə saldığı günlər yadımıza düşəndə onun indiki halı uşaqlara da, özümə də pis təsir edir. Nemət tarixə möhürünü vurmuş bir adamdır. Yəqin illər keçəndən sonra onun da xidmətləri yazılacaq. Demirəm Nemətə heykəl qoysunlar, amma çox istərdim ki, Azərbaycan xalqı onun dəyərini bilsin.

Ad günü çox vaxt Nemətin yadına düşmürdü. O həmişə deyərdi ki, Milli Dirçəliş Günü, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü mənim ad günümdür. Nemət indi də deyir ki, bu günləri yaşadığı üçün təəssüf etmir. O, həmin günləri fəxrlə yadına salır, şərəf, qürur hissi duyur”.

6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub.

1988-ci il noyabrın 17-dən dekabrın 5-dək Bakıda, indiki Azadlıq meydanında Dağlıq Qarabağdakı erməni separatizminə qarşı fasiləsiz aksiya keçirilib. Həmin aksiyanın əsas aparıcısı Nemət Pənahlı olub.

1989-cu il dekabrın 31-də Naxçıvanda Güney Azərbaycanı Şimali Azərbaycanla ayıran sərhəd məftillərinə od vurulub. Bu aksiyada da əsas fiqurlardan biri Nemət Pənahlı olub.

Müstəqillik dönəmində 17 noyabr Milli Dirçəliş Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi rəsmiləşdirilib./mediaforum/
899 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
Go to TOP