Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

"İranla sərhəddi mən bağlamamışam ki..."

10 gündən artıqdır ki, bağlı qalan İran Azərbaycan sərhədindəki iki keçid məntəqəsində vəziyyət daha da gərginləşib.

Biləsuvar keçid məntəqəsində yüklü maşınları ilə gecə-gündüz növbə çəkən sürücülər rəsmi qrumlarının məsələyə aydınlıq gətirməsini və sərhədin açılmasını gözləyirlər. Ötən gün Milli Məclisdə Biləsuvardakı sərhəd qapısının bağlanması ilə bağlı səslənən fikirlər isə sürücülər tərəfindən birmənalı qarşılanmayıb. Spiker Oqtay Əsədov problemin texniki xarakterli olduğunu deyərək, məsələni şişirtməməyi məsləhət görmüşdü.

Vəziyyətin belə davam eləməsi yük avtomobil sürücülərinə maliyyə çətinlikləri də yaradıb. Hazırda Biləsuvar sərhəd buraxılış məntəqəsində az sayda qalan sürücülər elə bu səbəbdən öz evlərinə dönə bilmirlər.

Yüklərin əksəriyyəti ayrı-ayrı firmalara məxsus olduğundan onların çoxu möhürlüdür. Elə buna görə də sürücülər xarab olan ərzaq məhsullarına tam nəzarət edə bilmirlər. Maşınlarda olan kərə yağları əriyərək keyfiyyətini itirməyə başlayıb. Virtualaz.org xəbər verir ki, problemin həlli üçün Rəsmi Tehranla danışıqlar aparıldğını deyən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə ans-ə verdiyi açıqlamasında vəziyyətin araşdırıldığını deyib.

Dövlət Gömrük Komitəsinin sədri, Aydın Əliyev: “Hələ ki, müzakirlər gedir bilirsiniz sərhədin açılması sırf gömrük məsləsi deyil amma buna baxmayaraq hökumət tərəfindən İran hökuməti ilə müəyyən danışıqlar aparılır, yəni məsələnin müsbət nəticələnməsi üçün ümid edirik ki, müsbət nəticələnəcək. Sərhəddi mən bağlasaydım, sizə deyərdim nə vaxt açılacaq”.
2090 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat