Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

“Əl-Qaidə” iki girovun görüntülərini yaydı

“Əl-Qaidə Maqrib ölkələrində” qruplaşması girov saxladığı fransalı Serj Lazareviç və Niderland vətəndaşı Sjaak Riykenin görüntülərini yayıb.

“Gazeta.ru”-nun verdiyi xəbərə görə, girovlar video vasitəsilə hökumətlərindən kömək diləyərək onları terrorçularla danışıqlara getməyə çağırıblar.

Riykenin sözlərinə görə, kadrlar sentyabrın 26-da lentə alınıb. Fransa və Niderland vətəndaşının 2011-ci ildə girov götürüldüyü bildirilir./apa/
1036 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.04.18, 14:35
Başımıza gələn nazir
Go to TOP