Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Müsavatda təzə ləqəblər: “oyuncaq başqan”, “ağsaçlı”

Müsavat başqanlığına keçmiş namizəd Səxavət Əlisoy yeni başqan Arif Hacılı və İsa Qəmbərin ünvanına kəskin ifadələr işlədib.

S. Əlisoy “facebook” səhifəsində A. Hacılını “oyuncaq başqan”, İsa Qəmbəri isə “ağsaçlı” adlandırıb: “Plan üzrə məni və Əlövsət Talışxanlını "ağsaçlının" məsləhəti ilə partiyadan kənarlaşdırmalı, sonra da digər narazıları qorxutmaq üçün Vurğun Əyyubu və Qubad İbadoğlunu cəzalandırmalı idi oyuncaq başqan.
Hikmət bəyin iki gün əvvəlki açıqlaması onları taktik dəyişdirməyə vadar etdi. Məni partiyadan xaric edib, Əlövsət bəyə töhmət elan etdilər. Və bununla hesab etdilər ki, Hikmət bəyi fikrindən döndərərlər”.

S. Əlisoy tənqid etdiklərinin ünvanına təhqiredici ifadələr işlətməkdən də çəkinməyib. O qeyd edib ki, A. Hacılının tərəfdarlarının səyinə baxmayaraq, Hikmət Hacızadə də partiya sıralarından istefa verib.
1535 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 15:39
Ruslar kömürdən qız