Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

İŞİD-in hədəfi müsəlmanlardır

Ötən gün Bağdadın insanların çox olduğu alış-veriş mərkəzlərində iki avtomobilə yerləşdirilmiş bomba partlayışları azı 12 nəfərin ölümünə səbəb olub.

Azı 29 nəfərin də yaralanması ilə nəticələnən hücumlardan biri Meştal, digəri isə Əmiriyə məhəllələrində həyata keçirilib.

Hücumların məsuliyyətini öz üzərinə götürən olmayıb. Lakin İŞİD yaraqlıları son bir neçə həftə ərzində bazar günü Bağdad yaxınlığındakı yoxlanış məntəqəsinə edilən hücum da daxil edilməklə, silsilə bomba hücumları həyata keçirdiyini bildirib.

Özünü müsəlman adlandıran və "Allahu Akbar" kəlməsi dilindən düşməyən İŞİD-çilər digər müsəlmanları kafir hesab edirlər.

Qeyd edək ki, bomba hücumları əsasən Bağdadın şiə məhəllələri olmaqla, demək olar ki, hər gün həyata keçirilir./ans/
811 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 11:46