Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Prezidentə yumurta atdılar

Çexiyada prezidentə qarşı etiraz çıxışları olub.

Noyabrın 17-də bir qrup universitet tələbələri, Praqada Məxməri inqilabın 25-ci ildönümünə həsr olunmuş mitinqdə prezident Miloş Zemanın çıxışını fitə basıblar. Onlardan bəziləri səhnəyə doğru yumurta da atıblar.

Çex prezident heç nə olmamış kimi çıxışını davam etdirsə də, Çexiya sakinləri arasında kəskin şəkildə gözdən düşüb. Yerli mediada kəskin tənqidlərlə üzləşən Zeman Rusiya mediasının ən tələb olunan şəxsinə çevrilib.

Rusiya kanallarında rus dilində müsahibələr verən Zeman deyir ki, Avropa Birliyi Rusiyaya qarşı deyil, Yaxın Şərqdəki ekstremizmə qarşı mübarizədə Rusiya ilə birləşməlidir.

Qeyd edək ki, etirazların səbəbi də Zemanın elə məhz rusyönümlü çıxışlar etməsidir.
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 09:10
40 dərdin dərmanı