Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Anacan, eşitmişəm arıqlamısan, zorla addım atırsan...

Əziz valideyinlərim!

Amsterdamın aeroportunda, balaca bir kafedə oturmuşam. Gəlib-gedənləri müşahidə edirəm. Əsasən də ailələrə fikir verirəm: ana, ata,qardaş,bacı. Onlar yanımdan ötür, şən zarafatlar, bir-biri ilə söhbətlər edirlər. Bəziləri yolunu elə bu kafedən salıb, yanımdakı masalara əyləşirlər...

Üzlərində təbbəsüm var, yaxşı istrahət etməyə, birgə zaman keçirməyə həvəs var, onlar ümidlə gülümsəyillər. Yəqin ki, hətta ən pis yuxularına belə girməz ki, onları kimsə qəddarcasına ayıra bilər. Anam və atam. Biz də sizinlə bu kafedə oturanda qəhvə içir, gələcək haqqında uzun-uzadı danışırdıq. Amsterdamdakı qısa görüşlərimizi xatırlayırsız? O zamanlar biz də qucaqlaşaraq, şən zarafatlarımızdan qalmırdıq. Həmin zamanlar biz bir anlıq da olsa, gələcək ayrılığımızı unudurduq. Hər dəfə bir həftə bərabər olduqdan sonra (ildə və ya iki ildə bir) Amsterdam aeroportuna gələndə özümüzü heç nə olmamış kimi aparırdıq.

Sanki bu ayrılıq bizə ağrılı deyili. Buna baxmayaraq, sənin gözlərin yaşla dolurdu atacan! Sən isə möhkəm durub, gözünə nəsə düşdüyünü deyirdin. Sənsə, anacan, məni özünə sıxıb, buraxmaq istəməyəndə... Mən carəsiz qalıb, sadəcə sizin pasport yoxlamasından keçməyinizə baxırdım. Gözlərimdə yaş, son anda arxaya dönüb, mənə əl etməyinizi gözləyirdim...

Bizi qəddarcasına ayırdılar bu ləmbəranskilər, paşayevlər!


Necə il məcbur olacağıq ayrı qalmağa?! Necə il biz bərabər Yeni il, ad günlərin qeyd etməkdən məhrum olacağıq?! Gələn il bizim bərabər yubeliyimizdi. Yadınızdadı, planlaşdırmışdıq ki, bu ildönümün birgə qeyd edəcəyik. Amma necə il bərabər ailə yeməyinə yığışa bilməyəcəyik. Sən, anacan, elə sevirdin bərabər şam yeməyininə toplaşmağımızı...

Elə indicə yanaşı masaya bir ailə əyləşdi. Sanki biz idik. Ata qızı ilə söhbət edir, ana isə saadəcə qızın qucaqlayaraq, oturublar...

Atacan! Heç vaxt o aprel gecəsi yadımdan çıxmaz! Sənin ürəyin getdi, bu vəhşilər isə səni xəstəxanaya belə aparmağa icazə vermədi! Anacan, səni tualetə belə getməyə qoymayıb, incidirdilər. Telefonlar susanda, bunları sadəcə carəsiz, youtubdan izləmək... Anacan, eşitdim, sənin şəkərin şiddətlənib, daimi baş ağrıların olu, gözlərin ağrayır. Yadıma gəlir, o çətin günlərdə sənin anidən görmən pisləşdi. Yalnız iki üzücü göz əməliyyatından sonra halın yaxşılaşmağa başladı. Sonra da, o mayor vəzifəsini daşıyan, insan deməyə dilim gəlməyən məxluqu xatırlayıram: sənin başına zərbələr endirəni! Eşitmişəm ki, sən çox arıqlamısan, zorla addım ata bilirsən! Qorxuram ki, bu halında səndə Hepatit C proqressivləşsin. Qaraciyərin artıq səni narahat etməyə başlayıb. Anacan, mənə elə ağırdı bunları anlamaq!

Atacan, elə qorxuram ki! Sənə təcili yardım lazım olsa, bu vəhşilər sənə vaxtında yardım etməyəcəklər... Bu lemberanskilər, paşayevlər, əhmədovlar sadəcə sənin ölümünü seyr edəcəklər! Bu vəhşilər sərhəd bilmillər! Onlar bizim əzablarımızı seyr etməkdən həzz alırlar! Yalvarıram özünüzü qoruyun!

Hələ də yanımda oturan ailəyə baxıram...

Mənim əziz valideyinlərim...Siz möhkəm dayanmısınız, mən sizinlə fəxr edirəm!

Sizi sevirəm və çox darıxıram!

Öpürəm.

Sizin Dinara.
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı