Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

"SSRİ-ni yıxan məsələ Rusiya üçün də riskdir"

Aleksey Kudrin: "SSRİ-ni yıxan məsələ Rusiya üçün də riskdir"

Rusiyanın keçmiş maliyyə naziri əmək miqrantları üçün viza tətbiq edilməsini doğru saymır

Rusiyanın keçmiş maliyyə naziri Aleksey Kudrin sanır ki, əmək vizalarının tətbiqi Rusiyaya əmək miqrasiyası problemini həll etməyəcək.

Rusiya Dövlət Dumasında əmək miqrantları üçün viza tətbiq edilməsi, həmçinin iş vakansiyalarının ilk öncə Rusiya vətəndaşlarına verilməsi təklif edilir,

"Miqrant məsələsini həll etmək çətindir, amma həll edilməlidir. Bu problemlərdən qaçmaq olmaz, miqrantlar yox olmayacaq. Viza bu məsələni heç cür həll etmir", - deyə Kudrin "Stolıpin klubu"nun iclasında bildirib.

Bununla belə, Kudrin əlavə edib ki, Rusiya üçün milli siyasəti çox kəskin vəziyyətdədir. "Rusiya üçün ən fundamental məsələlərdən biri milli məsələdir. Sovet İttifaqı bu məsələnin əsasında yıxıldı. Rusiya hələ ki, balaca SSRİ-dir, bizim də belə riskimiz var", - deyə o, bildirib. /ans/
2566 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
15.12.17, 14:42
Şəhidimiz dəfn edildi
14.12.17, 14:42
Ordumuz şəhid verdi
14.12.17, 09:31
İSRAİLİN SONU - VİDEO
13.12.17, 11:31
“WhatsApp”dan 4 yenilik
12.12.17, 20:21