Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Hökumət gölün qurumasının qarşısını mütləq alacaq

İran İslam Respublikasının vitse-prezidenti İshaq Cahangiri Urmiya gölünün bərpası istiqamətində görülən işlərlə tanış olub.

Vitse-prezident deyib ki, Urmiya gölü vilayətin iqtisadi inkişafında əhəmiyyətli rol oynayır və hökumət gölün qurumasının qarşısını mütləq alacaq.

İ.Cahangiri bildirib ki, gölün yerləşdiyi Qərbi Azərbaycan vilayəti Türkiyə, İraq və Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə həmsərhəddir və İran üçün mühüm əhəmiyyət kəsb edir. Vilayətin bu ölkələrlə iqtisadi və ticarət əlaqələrinin inkişafına dövlət hər zaman dəstək verəcək.

Vitse-prezident bu bölgədə yaşayan əhalinin əməksevər və böyük intellektual potensiala malik olduğunu da vurğulayıb.

Xatırladaq ki, ötən ay İran Prezidenti Həsən Ruhani Urmiya gölünün bərpası üçün dövlət büdcəsindən 225 milyon dollar vəsaitin ayrılması və işçi qrupu yaradılması haqqında sərəncam vermişdir.
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı