Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

İŞİD-in Avropada gizli hücrələri varmış

Qruplaşmadan qaçan keçmiş döyüşçü İŞİD hücrələrinin terror törətmək üçün əmr gözlədiyini bildirib.

İŞİD-in hazırda qaçaraq Türkiyədə gizlənən keçmiş üzvlərindən biri Norveçin NRK telekanalına müsahibə verərək bəzi faktları açıqlayıb. Rusiyanın RİA Novosti Agentliyinin məlumatına görə, keçmiş İŞİD döyüşçüsü bildirib ki, qruplaşmanın Avropada gizli hücrələri var və onlar terror törətmək üçün əmr gözləyirlər.

Adı açıqlanmayan keçmiş İŞİD-çi deyib ki, Suriyanın Rəqqa şəhərində (Rəqqa İŞİD-in Suriyadakı mərkəzi hesab olunur – müəllif) İŞİD sıralarında olub və bir neçə ay əvvəl qruplaşmadan qaçıb. Eyni zamanda həmin şəxs qaçdıqdan sonra İsveçdən olan bir dostunun onu axtarıb taparaq İŞİD-in onu öldürəcəyi ilə hədələdiyini deyib.

Qeyd edək ki, qruplaşmadan qaçanlar ağır şəkildə cəzalandırılır, yəni edam edilirlər. İraq mediasının yazdığına görə, noyabrın 8-də İŞİD lideri Əbubəkr əl-Bağdadinin ölüm xəbərləri yayıldıqdan sonra qruplaşmadan qaçmağa çalışan 50 nəfərə yaxın İŞİD üzvü ələ keçirilərək qruplaşma üzvləri tərəfindən edam edilib.

Xatırladaq ki, İŞİD-in Avropada gizli hücrələrinin olması ilə bağlı məlumat daha əvvəl də yayılıb. Ötən həftə Almaniya polisi İŞİD-ə bağlı olan və qruplaşmaya döyüşçü, eləcə də pul göndərən qrupu həbs edib. Hazırda Avropa ölkələrində Suriya və İraqdakı döyüşlərdən qayıdan radikalların terror törətməsi təhlükəsi mövcuddur. Mütəxəssislərə görə, Avropa Birliyi ölkələrindən olan bir neçə min terrorçunun yenidən ölkələrinə qayıtması terror və qətllərin sayının artmasına səbəb ola bilər, radikalizmi körükləyər./musavat/
859 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi