Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Türkiyə parlamentində "Kürdüstan" qalmaqalı - "Sən terrorçusan"

Türkiyə Parlamentin Plan və Büdcə Komissiyasında Daxili İşlər Nazirliyinin 2015-ci ilin büdcəsi ilə bağlı aparılan müzakirələr zamanı "Kürdüstan" gərginliyi yaşanıb.

Parlamentdə təmsil olunan PKK-nın siyasi qolu HDP-li deputatların "Kürdüstan" sözünü işlətməsi MHP-nin millət vəkili Mehmet Günalın sərt təpkisi ilə rastlaşıb.

Mehmet Günal "Türkiyə ərazisində Kürdüstan varmı?" deyincə, HDP-li deputat Hasip Kaplan " Bəli var, bal kimi var. Günəşin var olduğu kimi" cavabını verib.

Bu sözlərdən əsəbləşən Günal "Bura Türkiyə torpaqlarıdır və şəhid qanları ilə suvarmış torpaqlardır. Kim Kürdüstan var deyirsə terrorçudur, əgər sən də danışanlardansansa, hörmətli Kaplan sən də terroristsən" deyə reaksiya verib.

Bu qalmqaldan sonra toplantı yarımçıq saxlanılıb.
912 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
Go to TOP