Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Hökməli sakinləri: "Yol yox, elektrik yox, hər yan zibil..."

"Qəsəbəmizin Zərifə Əliyeva küçəsinin sakinləri normal yoldan, elektrik enerjisindən və zibil daşınmasından məhrumdurlar". Bu barədə Hökməli qəsəbə sakinləri məlumat verib.

Qəsəbənin Nübar, Atyalı yaşayış massivinin Zərifə Əliyeva küçəsinin sakinlərinin sözlərinə görə, ölkəmizin bütün rayonlarda gedən abadlıq - quruculuq işləri Hökməlidə hiss olunmur: “Biz bütün aidiyyəti orqanlara - Abşeron rayon İcra hakimiyyətinə, Hökməli bələdiyyəsinə mütəmadi müraciət də etmişik, amma nəticə yoxdur. Yola, küçələrə adi çınqıl belə yaymaq istəmirlər. Bir balaca yağış yağan kimi palçıq dizə çıxır, işıqlar saatlarla, hətta günlərlə sönür. XXI əsrdə bu Azərbaycan dövləti üçün, paytaxtın 3 km-liyi üçün nə qədər paradoksaldır?”/lentaz/


 
 
 
 
 
 
 
 
1027 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:42