Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

"Cənab nazir mən sizdən borc pul və ev istəmirəm"

Şəhid atası Əli Hüseynov Şahin Mustafayevə müraciətində nələr yazıb?

Ağdamdan məcburi köçkün, şəhid atası Əli Hüseynov iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevə müraciət edib. Əli Hüseynov müraciətin bir surətini də azadliq.info-ya yollayıb. Şəhid atası müraciətində yazır: "Cənab nazir, mən şəhid atası bir aydan artıqdır, sizin qəbulunuza düşə bilmirəm ki, işçinizin məndən və oğlumdan "şapka" istədiyini faktlarla şəxsən diqqətinizə çatdıra bilim. Məni bu gün də, yəni 18 noyabr tarixində də qəbulunuza yazmadılar. Siz şəhid atasından "şapka" istyən, vəzifəsinə layiq olmayan bir insana - Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayevə görə məni qəbul etmirsiniz. Sizdən xahiş edirəm ki, bir nazir kimi məni doğru başa düşün. Mən qəbulunuza gəlib sizdən borc pul istəmirəm, ev istəmirəm. Mən qanuna müvafiq olaraq sahibkarlıq fəaliyyəti üçün kredit ayrılmasına razılıq verməyinizi istəyirəm. Bunun müqabilində bütün əmlakımı girov qoyuram.

Cənab nazir, siz məni qəbul etməyənə qədər Şirzad Abdullayev "Azəriqazbank"a göstəriş verib ki, Hüseynovların sənədlərini fonda yollamayın və yaxud bir bəhanə tapıb "yox" cavabı verin. Sizdən xahiş edirəm ki, 78 yaşlı bir kişini İmişliyə, Gəncəyə süründürməyin. Məni Bakıda qəbul edin və işçinizin məndən nə istədiyini özümdən eşidin.

Cənab nazir, əkin-biçinimi yubatdığına, sahibkarlıq fəaliyyətimə mane olduğuna, şəhid atasını əziyyətə saldığına, süründürdüyünə görə Şirzad Abdullayevə "ayıb olsun!" deyirəm.

Mən məcburiyyət qarşısında qalıb, bu müraciəti mətbuat vasitəsilə ictimailəşdirdim. Xahiş edirəm ki, müraciətimi oxuyub məni dərhal qəbul edəsiniz".

Qeyd edək ki, Əli Hüseynov bundan əvvəlki müraciətində bildirirdi ki, sahibkarlıq fəaliyyəti üçün kredit götürmək istəyir. Lakin İqtisadiyyat və Sənaye Hazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun rəhbəri Şirzad Abdullayev buna mane göstərir.

Əli Hüseynovun fikirlərilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək mümkün olmayıb. Bununla belə İqtisadiyyat və Sənaye Hazirliyini də dinləməyə hazır olduğumuzu bildiririk./azadlıq/
1042 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi