Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Bakıda vəhhabilərin gizli hərbi təlim keçdiyi yer var

Bakıda, Xocasən ərazisində vəhhabilər gizli şəkildə hərbi təlim keçir.

Bu məlumatı verən Sulutəpə sakininin sözlərinə görə, qəsəbədə yaşayan ailənin gənc övladı artıq illərdir ki, vəhhabilərin ideoloji təsiri altındadır. Sakinin sözlərinə görə, vəhhabilərin təsiri altında olan gəncin anası onlardan yardım istəyir. Ana bildirir ki, oğlunun öz doğmalarına soyuq münasibəti və ailəsinə qəddarlıqla yanaşmasının başlıca səbəbi vəhhabi dəstəsinin üzvü hesab edilən və eyni zamanda, yerli əhali arasında cindarlıqla məşğul olan bir şəxsdir.

Mömin xanım olan ananın vəhhabi oğlu hətta azyaşlı qız övladını belə məktəbə getməkdən yayındırıb. “Oğlumu vəhhabilər vaxtaşırı olaraq Xocasən tərəfdə harasa aparırlar. Ona silahla davranmaq dərsi keçirlər. Gizli şəkildə məşq edirlər, yəqin müharibəyə gedəcəklər”, - deyə ana sakinlərə bildirib.

Ananın söylədiklərinə görə, oğlu evi və bütün ev əşyalarını satışa çıxarıb. Səbəbini isə izah etmir. Ana şübhələnir ki, bütün əmlakını satandan sonra oğlu Suriyaya gedəcək.

Baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına məlumat verməkdən qorxduğunu deyən ana fəryad edir, oğlunu vəhhabilərin təsirindən qurtarmaq üçün kömək istəyir.

Sulutəpə sakininin ehtiyatlılığını nəzərə alaraq, ananın və sakinlərin adını açıqlamağı məsləhət bilmədik./axar/
1031 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber