Şrift ölçüsü:
A+
A
A-
Kr
15 Noyabr 2013

Səfər Əbiyevin evini gecələr də sökürlər

Noyabrın 12-si səhər saatlarından etibarən şəhərin mərkəzində yerləşən tarixi binaya edilmiş 3 mərtəbəli artırmanın söküntüsünə başlanılıb. Tarixi binaya edilmiş artırma mənzil keçmiş müdafiə naziri Səfər Əbiyevə məxsus olub. 

Söküntü işləri fasiləsiz aparılır. Bu gecə saat 4 radələrində söküntü işləri davam edirdi və əraziyə xüsusi texnika gətirilmişdi. Söküntü nəticəsində yaranan tullantılar gecə ilə daşınırdı.

Qeyd edək ki, Səfər Əbiyevə məxsus qanunsuz tikilini Müdafiə Nazirliyinin Tikinti İdarəsi inşa edib. Səfər Əbiyev nazir vəzifəsindən uzaqlaşdırıldıqdan bir neçə gün sonra başlayan söküntüyə səbəb kimi isə həmin tikilinin qeyri-qanuni olduğu və tarixi binanın ümumi görünüşünə zərər verdiyi göstərilir./musavat/
  • Səfər Əbiyevin evini gecələr də sökürlər (FOTO)  <a class='popupgallerylink' href='http://musavat.com/data/news/dir221/img1514894.jpg' target='_blank'>Yüklə</a>

3326 DƏFƏ OXUNUB
2126 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat