Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Noyabr 2014

Baş kəsən İŞİD-çinin atası danışdı

Hər gün onlarla günahsız insanın həyatına son qoyan İŞİD terror qruplaşmasının kütləvi edam videosu maraqlı bir faktı üzə çıxarıb.

Suriyalı əsgərlərin başını kəsərkən lentə alınan terrorçulardan birinin İngiltərə vətəndaşı olduğu üzə çıxıb. 20 yaşlı Nasser Muthanan tibb fakültəsində təhsil alıb.

Terror təşkilatına qoşulan gəncin atası Əhməd Muthani oğlunun hərəkətindən çox təssüflənib. “Mən tam əmin deyiləm, amma oğluma bənzəyir. İnsanları öldürdüyü üçün Allahdan qorxsun. İnsanları öldürüb Allahın hüzuruna necə çıxacaq?”.

Ata Muthani onun oğlunu bağışlaya bilib-bilməyəcəyi haqqında suala isə düşünmədən "yox" deyə cavab verib. "O, yəqin ağıldan xəstədir, ya da başqa bir problemi var”.

İddiaya görə, İŞİD daha öncə də yaydığı videolarda görünən Nasser Muthana Suriyaya 17 yaşlı qardaşı Asellə birgə gedib.
1627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...