Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

Kobaninin mərkəzi kürdlərin nəzarətinə keçdi

Kürd silahlıları Suriyanın Kobani şəhərinin mərkəzini nəzarətə alıb. “RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Suriyanın “SANA” informasiya agentliyi məlumat yayıb.

“Kürd qüvvələri şəhərin mərkəzində hərbi əməliyyat keçirib, nəticədə 13 terrorçu öldürülüb, 6 bina azad olunub”, deyə “SANA”-nın internet səhifəsində bildirilir.

Agentliyin məlumatına görə, döyüşlər zamanı kürd silahlıları şəhərin mərkəzində silah-sursat anbarı ələ keçirib. Anbarda çoxlu sayda qumbaraatan, snayper tüfəngləri, iriçaplı pulemyotlar və patronlar olub.

Kürd silahlıları, ümumilikdə, ötən gün şəhərin müxtəlif hissələrində 30-dan çox İŞİD terrorçularını məhv edib. İŞİD qruplaşmasının çoxlu sayda silahlılarının cəmləşdiyi şəhərin cənub və cənub-şərq hissələrində vəziyyət gərgin olaraq qalmaqdadır.
1095 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi