Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

“Ebola” daha bir həkimin canını aldı

“Ebola” xəstəliyinin tüğyan etdiyi Syerra Leonedə sayca yeddinci həkim təhlükəli virusun qurbanı olub. “Röyters”in verdiyi xəbərə görə, bu barədə Fritaun şəhərindəki “Hastings Treatment Center” xəstəxanasından bildirilib.

“Həkim Maykl Karqbo bu gün səhər saatlarında keçinib”, deyə xəstəxananın nümayəndəsi bildirib.

Məlumata görə, Karqbo ixtisasca dermatoloq olub və “Ebola”ya yoluxmuş xəstələrlə birbaşa təmasda olmayıb. Onun hansı şəraitdə virusa yoluxduğu məlum deyil./apa/
1230 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
22.01.17, 11:59
Azərbaycanda Azadlıq