Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Noyabr 2014

İranın yeni pilotsuz təyyarəsi

İranın Kiş adasında 2014-cü ilin Beynəlxalq Aviasiya Sərgisi keçirilib. Sərgidə İran istehsalı olan xilasetmə helikopteri və pilotsuz təyyarə diqqətləri cəlb edib.

“Əbabil-3” və ya "Qaranquş-3" adlı droun 8 saatlıq uçuş əməliyyatı həyata keçirə bilir. Droun 250 kilometrlik məsafədə kəşfiyyat əməliyyatları aparmaq məqsədilə hazırlanıb və 4 kilometr hündürlüyə qalxa bilir.

Sinxron: Mənuçehr Mənteği. İran Aviasiya Sənayesi Təşkilatlarının direktoru.

“İran helikopter istehsalında böyük imkanlara nail olub. Belə bir helikopter , eyni zamanda, təlim uçuşlarına sərf olunan xərcləri azaltmağa kömək edir. Sərgidə fərdi şəkildə istifadə oluna biləcək 4 helikopter nümayiş olunur”

Sərgidə, eyni zamanda, iranlı generalın adı ilə adlandırılan “Sorena” helikopteri də diqqət mərkəzində olub. “Sorena” 4 nəfərlik tutuma malikdir və 5 kilometrə qədər hündürlüyə qalxmaq gücünə qadirdir.
1484 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.11.17, 11:58
İMAM RZA (Ə)
Go to TOP